• İyun 1, 2026
  • Redactor Neftchi
  • 0

Avstriyanın Qrats şəhərində gənc cüdoçular arasında keçirilən Avropa Kubokuna yekun vurulub.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan cüdoçuları inamla mübarizə apararaq yarışın 2 qızıl medalına yiyələniblər. İdmançılarımızdan Məhəmməd Musayev (66 kq) və Süleyman Şükürov (90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.