• İyun 18, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi SOCAR” komandası 3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Orlean (Fransa) mərhələsinin qalibi adını qazanıb. Təmsilçimiz gərgin keçən final qarşılaşmasında böyük əzmkarlıq nümayiş etdirərək ev sahibi Fransa yığmasını 21:20 hesabı ilə məğlubiyyətə uğradıb.
Xatırladaq ki, “Neftçi SOCAR” komandası finala gedən yolun qrup mərhələsində Yaponiyanın “Mitsubişi Elektrik” klubuna 11:16 hesabı ilə məğlub olsa da, ikinci oyunda Uqanda millisinə 18:14 hesabı ilə qalib gəlib və dörddəbir finala yüksəlib. Bu mərhələdə komandamız İspaniya millisinə 20:14, yarımfinalda isə Niderlandın “Amsterdam” klubuna 17:13 hesabı ilə qalib gələrək finala vəsiqəni təmin edib.
Qeyd edək ki, “Neftçi SOCAR” komandasının basketbolçusu Aleksandra Mollenhauer turnirin ən dəyərli oyunçusu (MVP) seçilib.