Tunisdə keçirilən beynəlxalq Qran-pri turnirində daha bir paraatletimiz gümüş mükafata layiq görülüb. Nüvəitələmə yarışının F57 kateqoriyasında mübarizə aparan Ömər Bozbaxov 14,07 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Xatırladaq ki, daha əvvəl paraatletlərimizdən Oloxan Musayev F55 kateqoriyasında, Rüfət Rəfiyev isə F36 kateqoriyasında gümüş medal qazanıb.
