3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Sumqayıt mərhələsinin ilk oyun gününün görüşləri keçirilib.
“Neftçi SOCAR” komandası ilk qrup oyununda Çinin “Yanjing” klubuna 21:18, ikinci oyunda isə Çin millisinə 15:13 hesabı ilə qalib gəlib və qrup lideri kimi dörddəbir finala vəsiqə qazanıb.
