• İyun 27, 2026
  • Redactor Neftchi
  • 0

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən və 28 May – Müstəqillik Gününə həsr olunan “Sağlam Həmkar” minifutbol turniri davam edir.

D qrupunda yer alan Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİ RK) komandası bu gün daha iki oyun keçirib. Təmsilçimiz Böyükşor Bulvarındakı “Azfar” meydançasında təşkil olunan qarşılaşmaların hər ikisini qələbə ilə başa vurub. İlk oyunda Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (AİHİ RK) kollektivini 8:1 hesabı ilə məğlub edən komandamız ikinci qarşılaşmada Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİHİ RK) təmsilçisinə 5:2 hesabı ilə qalib gəlib.