• İyul 6, 2026
  • Redactor Neftchi
  • 0

Abşeron Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və kişilər arasında sambo güləşi üzrə Əməkdar məşqçi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan Kuboku keçirilib.
“Neftçi” İdman Klubunun samboçuları inamla mübarizə apararaq turnirin 25 medalını (11 qızıl, 8 gümüş, 6 bürünc) qazanıblar.
Yeniyetmələr arasında Yusif Əliyev (64 kq) və Elgün Şirəlizadə (79 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medala sahib olublar. Hüseyn Quliyev (+98 kq) ikinci, Nihad Quliyev (98 kq) isə üçüncü yeri tutub.
Gənclərin mübarizəsində Laçın Zahidov (58 kq), Tuncay Şamil (98 kq) və Hacıbaba İmaməliyev (+98 kq) ölkə kubokunun qalibi olublar. Elcan Ələkbərov (58 kq), Elgün Şirəlizadə (79 kq) və Sadiq Nadirov (88 kq) gümüş, Rahim İsmayılov (71 kq) isə bürünc medala layiq görülüb.
Kişilər arasında Sahib Babayev (58 kq), Tural Allahverdiyev (64 kq), Ricat Nadirov (79 kq), Adil Adilzadə (88 kq), Tuncay Şamil (98 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Vaqif Mirzəli (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Kərəm Babazadə (79 kq) və Sadiq Nadirov (88 kq) gümüş medal qazanıblar. Digər sambuçularımız – Elcan Ələkbərov (58 kq), Abdurrəhman Səbzəliyev (71 kq), Şirin Cavadzadə (98 kq) və Hacıbaba İmaməliyev (+98 kq) isə yarışı üçüncü pillədə başa vurublar.