• İyul 9, 2026
  • Redactor Neftchi
  • 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U-20 Avropa birinciliyi davam edir.

“Neftçi” İdman Klubunun qadın güləşçisi Günay Qurbanova (59 kq) yarışda əzmlə mübarizə apararaq finala qədər irəliləyib. Xanım idmançımız həlledici qarşılaşmada isveçli Karin Samuelssona 2:10 hesabı ilə məğlub olub və qitə birinciliyinin gümüş medalını qazanıb.

Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Ayxan Cavadlı (60 kq) və Elmin Əliyev (82 kq) nüfuzlu yarışın bürünc medalına sahib olublar.