• Avqust 28, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında keçirilən velosiped turnirinə yekun vurulub. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan yarışda 13 komandadan 29 iştirakçı (23 kişi, 6 qadın) mübarizə aparıb.Kişilərin yarışında Təhlükəsizlik İdarəsinin əməkdaşı Vüqar Baloğlanov turnirin qalibi olub. Rüstəm Rüstəmov (“SOCAR Polymer” Zavodu) ikinci, Cavid Rüstəmov (“Qaz İxrac” İdarəsi) isə üçüncü yeri tutub.Qadınlar arasında Yelena Axundova (“28 May” NQÇİ) bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aysel Nəsibli (“Neftqazelmitədqiqatlayihə” İnstitutu) gümüş, Leyla Əhmədova (Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə İstehsalat Müəssisəsi) isə bürünc medala sahib çıxıb.İlk üç yeri tutan idmançılar “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.