Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının 2026-cı ilin sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
Yeni siyahıda ilk üçlükdə yer alan idmançıların hamısı, ilk onluqdakıların isə səkkizi “Neftçi” İdman Klubunun təmsilçiləridir. Yunan-Roma güləşçisi Həsrət Cəfərov (480 xal) reytinqdə yenə də birinci pillədəki mövqeyini qoruyub. Sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci, digər sərbəst güləşçi Arseniy Djioyev (420 xal) isə üçüncü pillədə qərarlaşıb. Növbəti yerləri müvafiq olaraq Səidcəmşid Cəfərov (boks, 400 xal) dördüncü, Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal) beşinci, Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal) yeddinci, Nürəddin Novruzov (sərbəst güləş, 270 xal) səkkizinci, Hidayət Heydərov (cüdo, 270 xal) isə doqquzuncu sırada tamamlayıb.
