Futbol üzrə Azərbaycan II Liqasında III turun oyunlarına yekun vurulub.
Bu tur çərçivəsində “Qaradağ Lökbatan” “Şəki” komandası ilə qarşılaşıb. Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matç təmsilçimizin aşkar üstünlüyü şəraitində keçib. Sonda Amit Quluzadənin yetirmələri rəqib üzərində 8:1 hesablı darmadağınla qələbə qazanıblar.
“Qaradağ Lökbatan”ın heyətində Sabir Allahquliyev het-trik edib (16, 34, 89). Digər qolları isə Təmraz Əmircanov (20), Ramil Orucov (28), Əjdər Hacılı (59), Kamil Mahmudov (64) və Əli Əlizadə (72) vurublar.
