Şüvəlan Ağırlıqqaldırma Mərkəzində pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib.
Ölkənin müxtəlif şəhər və rayonlarından 75-dən çox idmançının qüvvəsini sınadığı turnirdə “Neftçi” İdman Klubunun təmsilçisi Kamran Bədəlov (74 kq) uğurlu çıxışı ilə diqqət çəkib. Pauerliftinq yarışlarında inamla mübarizə aparan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq ölkə kubokunun qızıl medalına sahib olub.
