“Neftçi” İdman Klubunun təşkilatçılığı ilə 20 sentyabr – Neftçilər gününə həsr olunmuş neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında voleybol turnirinə start verilib. “Məşəl” İdman Kompleksində keçirilən yarışda 13 komandanın tərkibində 130 neftçi (40 qadın, 90 kişi) qalib adı uğrunda mübarizə aparır. Turnirə sentyabrın 20-də yekun vurulacaq.
Qeyd edək ki, yarışın yarımfinal və final oyunları Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.










