• Oktyabr 3, 2026
  • Redactor Neftchi
  • 0

Bu gün futbol üzrə Azərbaycan II Liqasında VI turun oyunlarına start verilib.

Turun açılış matçında “Qaradağ Lökbatan” doğma meydanda “Zəngəzur” komandasını qəbul edib. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən qarşılaşmada təmsilçimiz rəqibinə böyük hesabla qalib gəlib – 4:0.

Amit Quluzadənin yetirmələrindən Əli Əlizadə matçın 6 və 21-ci dəqiqələrində fərqlənərək komandasını önə keçirib. Görüşün 79-cu dəqiqəsində Ramil Orucov rəqib qapısına yol taparaq hesabı 3:0-a çatdırıb. Matçda son nöqtəni isə 87-ci dəqiqədə het-trikini tamamlayan Əli Əlizadə qoyub və bu qolla yekun hesab müəyyənləşib.