• Oktyabr 19, 2026
  • Redactor Neftchi
  • 0

ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatına yekun vurulub.
“Neftçi” İdman Klubunun sərbəst güləşçisi, milli komandanın heyətində yer alan Anar Cəfərli (92 kq) yarışın bürünc mükafatına layiq görülüb. İdmançımız üçüncü yer uğrunda görüşdə italiyalı Qabriele Nikkoliniyə tam üstünlüklə (10:0) qalib gəlib.
Xatırladaq ki, daha əvvəl klubun yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) bürünc, qadın güləşçilərdən isə Günay Qurbanova (59 kq) gümüş medal qazanıb.