• Oktyabr 24, 2026
  • Redactor Neftchi
  • 0

Oktyabrın 23-də kişi voleybolçuların Superliqasında 2026/2027 mövsümünə start verilib və bu gün I turun oyunlarına yekun vurulub.

Turun son matçında “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gəliblər. Fövqəladə Hallar Nazirliyinin “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində keçirilən qarşılaşma rəqibin 3:1 hesablı (28:26, 26:24, 23:25, 25:14) qələbəsi ilə sona yetib.

Qeyd edək ki, çempionatın oyunları dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq. İki dövrənin yekununda turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.