“Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub. 77 kq çəki dərəcəsində çıxış edən idmançımız Qazaxıstanın paytaxtı Astanada keçirilən çempionatın həlledici final qarşılaşmasında Moldova təmsilçisi Aleksandrin Qutsu ilə üz-üzə gəlib. Rəqibinə 8:3 hesabı ilə qalib gələn Sənan Süleymanov karyerasında ilk dəfə dünya çempionu adını qazanıb.
Qeyd edək ki, bir qədər əvvəl klubun digər təmsilçisi Eldəniz Əzizli (55 kq) də mundialın qızıl medalına sahib olub.



