Azərbaycan millisinin heyətində çıxış edən “Neftçi” İdman Klubunun boksçusu Səfdər Məmmədzadə (+90 kq) Monteneqronun Budva şəhərində keçirilən U-19 dünya birinciliyində bürünc medal qazanıb. İdmançımız yarış boyu nümayiş etdirdiyi inamlı çıxışı sayəsində bu nüfuzlu turnirin mükafatçıları sırasına adını yazdırıb.
