• Oktyabr 30, 2026
  • Redactor Neftchi
  • 0

Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə 10-cu ölkə birinciliyi keçirilib. İki gün davam edən yarışlarda ölkənin müxtəlif idman klublarını təmsil edən gimnastlar fərqli yaş kateqoriyaları və proqramlar üzrə mübarizə apararaq öz bacarıq və ustalıqlarını nümayiş etdiriblər.

“Neftçi” İdman Klubunun yetirmələri Milana Salmanova və Zəhra Fəzai uşaqlar kateqoriyasında (11-16 yaş) mükafata layiq görülüblər. Kiçikyaşlı gimnastlarımız bürünc medal qazanaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.