• Noyabr 3, 2026
  • Redactor Neftchi
  • 0

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının 2026-cı ilin noyabr ayı üçün reytinq siyahısını açıqlayıb. “Neftçi” İdman Klubunun 9 təmsilçisi yeni siyahının ilk onluğunda yer alıb.
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanan sərbəst güləşçi Arseniy Djioyev 470 xalla birinci pilləyə yüksəlib. Bakıdakı dünya çempionatında qızıl mükafata sahib çıxan cüdoçu Əhməd Yusifov (440 xal) ikinci, Astanadakı mundialın bürünc mükafatçısı, sərbəst güləşçi Giorgi Meşvildişvili (410 xal) isə üçüncü olub.
İlk onluğun digər sıralarında cüdoçu Zelim Tçkayev (400 xal) dördüncü, yunan-Roma güləşçisi Nihat Məmmədli (395 xal) beşinci, cüdoçu Uşanqi Kokauri (360 xal) altıncı pillədə qərarlaşıb. Hər biri 350 xala malik klub təmsilçilərindən yunan-Roma güləşçisi Sənan Süleymanov yeddinci, boksçu Səidcəmşid Cəfərov doqquzuncu və yunan-Roma güləşçisi Həsrət Cəfərov isə onuncu yerdədir.