Azərbaycan Basketbol Liqasının altıncı turunda bu gün daha bir oyun keçirilib. İkinci oyun günündə “Neftçi” NTD komandası ilə qarşılaşıb. Milli Gimnastika Arenasında baş tutan matç təmsilçimizin 82:63 hesablı qələbəsi ilə sona yetib.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında keçirdiyi beş oyunun hamısını qələbə ilə başa vuran “Neftçi” hazırda 10 xalla turnir cədvəlinin lideridir.








