“Neftçi” İdman Klubunun təmsilçisi Tunar Quliyev Seneqalın paytaxtı Dakarda keçirilən IV Yeniyetmələrin Yay Olimpiya Oyunlarında çimərlik güləşi yarışında qızıl medal qazanıb.70 kq çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə gürcüstanlı Luka Maxaradzeyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
A qrupunda yer alan Tunar Quliyev qrup mərhələsində Yeni Zelandiya təmsilçisi Vairangi Sarcenti, anqolalı Diasivi Renatunu və Puerto-Riko idmançısı Joab Qabriel Karilyo Rodrigesi məğlub edərək yarımfinala yüksəlib. Güləşçimiz bu mərhələdə isə ukraynalı Mikita Kuzmenkoya qalib gələrək finala vəsiqə qazanıb.
Xatırladaq ki, daha əvvəl klubun digər çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq) bu mötəbər yarışın gümüş medalına sahib olmuşdu.
