• Noyabr 9, 2026
  • Redactor Neftchi
  • 0

Futbol üzrə Azərbaycan II Liqasında X turun oyunları davam edir. Turnirin lideri “Qaradağ Lökbatan” doğma meydanda “Ağdaş”ı qəbul edib.Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan qarşılaşma komandamızın aşkar üstünlüyü ilə yadda qalıb. Yekunda təmsilçimiz rəqibini böyük hesabla məğlub edib – 5:0. Amit Quluzadənin yetirmələrindən Əjdər Hacılı (5′), Rəhman Quliyev (43′), dubl edən İlkin Əliyev (53′, 75′) və Tural Axverdiyev (80′) qollara imza atıblar.

Bu qələbə sayəsində xallarının sayını 27-yə çatdıran “Qaradağ Lökbatan” turnir cədvəlində vahid liderliyini uğurla davam etdirir.