• Noyabr 11, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi“ İdman Klubunun yunan-roma güləşçisi Davud Məmmədov (77 kq) Qazaxıstanın Çimkənd şəhərində əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qızıl medal qazanıb.

Ənənəvi yarışda idmançımız finalda elə öz qardaşı – klubun digər yetirməsi Cavad Məmmədovla qarşılaşıb. Gərgin keçən görüşdən 3:1 hesabı ilə qalib ayrılan Davud Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavad Məmmədov isə turniri gümüş medalla başa vurub.