• Noyabr 11, 2026
  • Redactor Neftchi
  • 0

FIBA Avropa Kubokunun H qrupunda mübarizə aparan “Neftçi” basketbol komandası növbəti matçını keçirib.

Təmsilçimiz doğma divarlar arasında Yunanıstanın “Mikonos” klubu ilə qarşılaşıb. Milli Gimnastika Arenasında təşkil olunan və gərgin mübarizə şəraitində keçən oyun komandamızın möhtəşəm qələbəsi ilə başa çatıb – 84:80.