• Noyabr 16, 2026
  • Redactor Neftchi
  • 0

Abşeron Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatına yekun vurulub. İki gün davam edən yarışda 35 klub və idman cəmiyyətindən ümumilikdə 167 cüdoçu mübarizə aparıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri paytaxt birinciliyini 7 medalla başa vurublar.
Qadınların yarışında Əsmər Əliyeva (78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aynur Mirzəağayeva (70 kq) və Zəhra İbadova (78 kq) isə gümüş medala layiq görülüblər.
Kişilərin mübarizəsində isə Bahadır Feyzullayev, Mirxaliq İsgəndərov (hər ikisi 60 kq), Kənan Məmmədov (73 kq) və Rohit Səlimov (+100 kq) bürünc medal qazanıblar.