“Neftçi” İdman Klubunun təmsilçisi İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatında bürünc medal qazanıb.

K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində mübarizə aparan paralimpiya çempionumuz 1/8 finalda almaniyalı Kolya Qrabeni, 1/4 finalda isə türkiyəli Yusuf Yünaçtını (2:0) məğlub edərək yarımfinala yüksəlib. Təmsilçimiz finala gedən yolda meksikalı Xuan Qarsiyaya uduzaraq fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Xatırladaq ki, yarışın ilk günündə klubun digər idmançısı Sabir Zeynalov (K44, 58 kq) dünya çempionatının qızıl medalını qazanıb.