Bu gün futbol üzrə Azərbaycan II Liqasında XII turun oyunlarına start verilib.
Turun mərkəzi qarşılaşmasında lider “Qaradağ Lökbatan” səfərdə üçüncü pillənin sahibi “Şirvan”la üz-üzə gəlib. Şirvan Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matç maraqlı və gərgin mübarizə şəraitində keçib. Yekunda daha üstün oyun nümayiş etdirən Amit Quluzadənin yetirmələri güclü rəqiblərini 1:0 hesabı ilə məğlub ediblər. Matçın taleyini həll edən yeganə qola futbolçumuz Sabir Allahquliyev (90+1) imza atıb.
Bununla da xallarının sayını 33-ə çatdıran “Qaradağ Lökbatan” turnir cədvəlindəki liderliyini daha da möhkəmləndirib.
