• Noyabr 22, 2026
  • Redactor Neftchi
  • 0

Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə U-23 Avropa çempionatı davam edir. Turnirdə 39 ölkədən 276 boksçu medallar uğrunda mübarizə aparır.

“Neftçi” İdman Klubunun yetirməsi Məhəmmədəli Aşırəliyev (60 kq) nüfuzlu yarışın mükafatçıları arasına düşməyə müvəffəq olub. Startda yunanıstanlı Georgios Pliası (3:2), 1/8 finalda israilli Abdullah Rahalı (5:0), 1/4 finalda isə ispaniyalı Brandon Hinea Kollasosu (5:0) mübarizədən kənarlaşdıran təmsilçimiz yarımfinalda irlandiyalı Qavin Rayana məğlub olaraq qitə çempionatının bürünc medalına sahib çıxıb.