Abşeron Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidi İsrafil İbrahimovun xatirəsinə həsr olunmuş kikboksinq üzrə açıq turnir keçirilib.
26 idman təşkilatından 248 idmançının qatıldığı yarışda “Neftçi” İdman Klubunun yetirmələri “kick light” versiyası üzrə mübarizə apararaq 4 medal (1 qızıl, 1 gümüş, 2 bürünc) əldə ediblər.
Təmsilçilərimizdən Fuad Hüseynov (2018-2020-ci il təvəllüdlülər, 30 kq) bütün döyüşlərini qələbə ilə tamamlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Emin Quliyev (2013-2014, 37 kq) gümüş, Əli Hüseynov və Fateh Bayramlı (hər ikisi 2018-2020, 27 kq) isə bürünc medala layiq görülüblər.

