İtaliyanın paytaxtı Romada keçirilən Avropa Açıq Turnirinin ikinci günündə “Neftçi” İdman Klubunun cüdoçusu Aydan Vəliyeva qızıl medal qazanıb.52 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finala gedən yolda italiyalı rəqibləri Aziya Avanzato və Alessandra Rokkonu üstələyib.
Təmsilçimiz həlledici görüşdə digər İtaliya idmançısı İlariya Finestroneni məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

