
Özbəkistanın Nəməngan şəhərində yunan-Roma və sərbəst güləş üzrə Qran-pri turniri keçirilib.
“Neftçi” İdman Klubunun sərbəst güləşçisi Ağanəzər Novruzov (74 kq) yarışda inamla çıxış edərək finala qədər irəliləyib. İdmançımız zədələndiyi üçün finalda güləşməyib və turnirin gümüş medalına layiq görülüb.