“Neftçi” İdman Klubunun təmsilçisi Dadaş Dadaşbəyli Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-pri turnirinin qızıl medalına sahib olub. 109 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda inamla çıxış edərək bütün rəqiblərini qabaqlayıb. O, birdənqaldırmada 176 kq-ı ram edib və bu hərəkətdə birinci olub.
Təkanla qaldırmada isə 212 kq ağırlığı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medal qazanıb. Toplam 388 kq (176+212) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada da hamını qabaqlayıb və yarışı çempion kimi başa vurub.
Qeyd edək ki, turnirdə 70-dən çox ölkədən 382 atlet (176 qadın + 206 kişi) medallar uğrunda mübarizə aparır.