“Neftçi” İdman Klubunun ağırlıqqaldıranı İsa Rüstəmov (71 kq) Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında 3 medala sahib olub. O, birdən qaldırmada 147 kq ağırlığın öhdəsindən gələrək bürünc, təkanla qaldırmada 177 kq çəkini qaldıraraq gümüş medal qazanıb. İsa Rüstəmov toplamda 224 kq nəticə ilə üçüncü yeri tutub.
