Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı keçirilib. Yarışda 70-dən çox idmançı bacarığını nümayiş etdirib.
“Neftçi” İdman Klubunun gimnastları da turnirdə medallar uğrunda mübarizə aparıblar. Təmsilçilərimizdən Səid Hüseynli və Dəfnə İsazadədən ibarət qarışıq cütlük balacalar arasında qızıl medala sahib olub. Rahilə Şirəliyeva-Lalə Qarazadə qadın cütlüyü isə uşaqlar arasında ikinci yeri tutub.