
”Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş akrobatika gimnastikası üzrə “Neftçi” İdman Klubunun birinciliyi başa çatıb. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında keçirilən yarışda 66 idmançı bacarığını nümayiş etdirib.
Birinciliyin keçirilməsində məqsəd akrobatika gimnastikası idman növünün inkişaf etdirilməsi, gənc və perspektivli idmançıların müəyyən edilməsi, eləcə də bu idman növündə respublikadaxili və beynəlxalq yarışlarda iştirak edəcək “Neftçi” İdman Klubunun yığma komandasının tərkibinin müəyyən edilməsi idi.
Turnirdə gimnastlar müxtəlif proqramlar üzrə yarışıblar.
Qalib və mükafatçılar “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.
Medalçıları təqdim edirik:
Qadın cütlüyü (balacalar)
1. Məryəm Abdullayeva-Məryəm Əliyeva
2. Fatimə Qasımova-Şəms Rzalı
3. Elnarə Ağazadə-Südabə Əlizadə
Qadın cütlüyü (uşaqlar)
1. Mədinə Bağırzadə-Esmira Hüseynova
2. Nigar Cabbarlı-Fatimə Ağayeva
3. Nərmin Salmanova-Zərifə Azaylı
Qadın cütlüyü (böyüklər)
1. Milana Salmanova-Zəhra Fəzai
2. Məryəm Baxışzadə-Sevinc Niftəliyeva
3. Rahilə Şirəliyeva-Lalə Qarazadə
Qadın qrupu (balacalar)
1. Xədicə Oruclu, Safiya Qadiyeva, Amina Əliyeva
2. Şəhla Cəfərli, Zeynəb Həmidova, Məryəm Mərdəliyeva
3. Məlahət Ağahüseynova, Rüqəyya Zamanova, Sevil Orucova
Qarışıq cütlük (uşaqlar)
1. Səid Hüseynli-Dəfnə İsazadə
2. Emil Adıgözəlli-Elina Kosayeva
3. Həmzə Muxtarov-İnci Kərimova
Sərbəst hərəkətlər:
Qızlar (2018-2019)
1. Elina Kosayeva
2. Suma Hacızadə
3. İnci Kərimova
Qızlar (2017)
1. Ayla Hacıyeva
2. Məryəm Abbasova
3. Dəniz Allahyarova
Qızlar (2016)
1. Sofiya Fərəcova
2. Aysu Hacızadə
3. Dəniz Hüseynbəyli
Qızlar (2014-2015)
1. Romi Zatonski
2. Aişa Mehdiyeva
3. Dəniz Salmanova
Qızlar (2009-2013)
1. Leyla Abdullayeva
2. Sevinc İmanzadə
3. Zəhra Hayallı
Oğlanlar (2018-2019)
1. Hüseyn Hüseynli
2. Məhəmməd Niftəliyev
3. Ömər Hüseynli
Oğlanlar (2015-2017)
1. Emil Adıgözəlli
2. Həmzə Muxtarov
3. Elşad Cavadov























