• Noyabr 27, 2025
  • Redactor Neftchi
  • 0

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq. Yığmamız A qrupunda Şimali Makedoniya ilə üz-üzə gələcək.
Qarşılaşma Skopyedə, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Xatırladaq ki, millimiz noyabrın 30-da Bakıda Lüksemburqu qəbul edəcək.
Qeyd edək ki, “Neftçi” komandasının basketbolçularından Amil Həmzəyev və Əkbər Məmmədov da yığmanın heyətində yer alıblar.