4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününü qeyd etmək məqsədilə Azərbaycan Minatəmizləmə Agentliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Neftçi” İdman Klubunun və “Qarabağ”in amputant futbol komandaları arasında yoldaşlıq oyunu keçirilib. Bakı Olimpiya Stadionunun örtülü meydançasında təşkil olunan qarşılaşma gərgin mübarizə şəraitində keçib. Oyunda komandamız 8:4 hesabı ilə qələbə qazanıb.