
Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunu bürünc medalla başa vurub.
Komandamız qrupdakı son oyununu Ukraynaya qarşı keçirib. “ASCO Arena”da baş tutan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.Millimiz daha əvvəl Belçikanı 3:0, Niderlandı isə 1:0 hesabı ilə məğlub edib, İsraillə qolsuz bərabərə qalıb.Beləliklə, 9 xala malik Ukrayna yarışı birinci pillədə başa vurub. İsrail 8 xalla ikinci, Azərbaycan 7 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan yığmasının bütün üzvləri “Neftçi” İdman Klubunun amputant futbol komandasının təmsilçilərindən ibarət idi.











