Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Sağlam həmkar” minifutbol turniri davam edir. AHİK-in üzv təşkilatlarının komandaları arasında keçirilən və 28 May – Müstəqillik Gününə həsr olunan yarışda 17 komanda 4 qrupda mübarizə aparır.
Bu gün keçirilən II turun oyunları çərçivəsində Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin komandası Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının kollektivi ilə üz-üzə gəlib. Böyükşor Bulvarındakı “Azfar” meydançasında baş tutan qarşılaşmada komandamız rəqibinə 9:2 hesabı ilə qalib gəlib.

