Almaniyanın Dortmund şəhərində keçirilən ISAS-2024 beynəlxalq turnirində “Neftçi” İdman Klubunun təmsilçiləri Leyli Əliyeva və Vladislav Kalmıkov gənclər arasında qarışıq komanda yarışında 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışında qızıl medal qazanıblar.