Azərbaycan atıcıları Macarıstanın Dyör şəhərində keçirilən Avropa çempionatında daha bir medala sahib olublar. Sofiya Barxalova, Leyli Əliyeva və Zeynəb Sultanovadan ibarət komanda qızlar arasında 10 metr məsafəyə atəşaçma yarışında üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan komandasının heyətində yer alan Leyli Əliyeva “Neftçi” İdman Klubunun yetirməsidir.
Xatırladaq ki, daha əvvəl klubumuzun təmsilçilərindən Leyli Əliyeva və Vladislav Kalmıkov qarışıq komanda yarışlarında, Vladislav Kalmıkov və İmran Qarayev isə oğlanlar arasında təşkil olunan komanda yarışında eyni uğura imza atıblar.