“Neftçi” İdman Klubunun güllə atıcısı Leyli Əliyeva Almaniyanın Münhen şəhərində keçirilən “H&N kuboku”nda qızlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 570 xal toplayaraq bürünc medal qazanıb. Təmsilçimiz bu nəticə ilə final mərhələsinə vəsiqə qazanıb və idman ustası normasını yerinə yetirib.
Klubun digər yetirməsi Vladislav Kalmıkov isə oğlanlar arasında 571 xalla dördüncü pillədə qərarlaşıb və finala vəsiqəni təmin edib.
Qeyd edək ki, hər iki idmançımız gənclər arasında bu uğura imza atıblar.