“Neftçi” İdman Klubunun təmsilçisi Nərmin Hüseynli Respublika Olimpiya Mərkəzində 2007-2008 ci il təvəllüdlü idmançılar arasında keçirilən atletika üzrə Bakı şəhər qiş birinciliyində mükafata layiq görülüb. Atletimiz nüvəitələmə yarışında 7,67 metr nəticə göstərərək bürünc medala layiq görülüb.