• Dekabr 26, 2025
  • Redactor Neftchi
  • 0

Olimpiya mükafatçısı, dördqat dünya çempionu Kanıbek Osmonaliyevin şərəfinə həsr olunmuş ağırlıqqaldırma üzrə 37-ci beynəlxalq turnir keçirilib. Qırğızıstanın Bişkek şəhərində təşkil olunan yarışda yerli idmançılarla yanaşı, Azərbaycan, Özbəkistan və Qazaxıstan atletləri də bacarıqlarını nümayiş etdiriblər.
“Neftçi” İdman Klubunun təmsilçisi Dinara İbrahimli (63 kq) turnirdə inamla mübarizə apararaq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.