Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmələr arasında qış Azərbaycan birinciliyi keçirilib. Respublika Olimpiya Mərkəzində gerçəkləşən yarışda paytaxt və müxətlif regionlardan olan 2007/2008-ci il təvəllüdlü atletlər mübarizə aparıb.”Neftçi” İdman Klubunun təmsilçisi Nərmin Hüseynli nüvəitələmə yarışında 7,85 metr nəticə göstərərək ölkə birinciliyinin gümüş medalına layiq görülüb.