• Fevral 15, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun atleti İsmail Əliyev Qazaxıstanın Öskemen (Ust-Kamenogorsk) şəhərində Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda keçirilən beynəlxalq turnirdə mükafata layiq görülüb. Qış Dünya Turu – Gümüş səviyyəli yarışda idmançımız nüvəitələmə növündə 16.58 metr nəticə göstərərək gümüş medala sahib olub.