Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2009-2010 cu il təvəllüdlü idmançılar arasında keçirilən atletika üzrə Bakı şəhər birinciliyinə yekun vurulub.”Neftçi” İdman Klubunun atletləri paytaxt birinciliyindən iki medalla ayrılıblar.

Təmsilçilərimizdən Bülbül Babayev hündürlüyə tullanma yarışında 1,54 metr nəticə göstərərək gümüş medal qazanıb.İbrahim Bəndərli isə nizə atma növündə 24,45 metr nəticə ilə fəxri kürsünün üçüncü pilləsində yer alıb.