Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Respublika Olimpiya Mərkəzində keçirilən atletika üzrə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında Bakı şəhər qış birinciliyi keçirilib. “Neftçi” İdman Klubunun yarışda çıxış edən təmsilçilərindən Marqarita Gornostaeva nüvəitələmə növündə 6,3 metr nəticə göstərərək gümüş medala layiq görülüb. Alina Maksimova (6,2 metr) isə eyni növdə bürünc medal qazanıb. Oğlanların yarışında Bülbül Babayev hündürlüyə tullanmada 1,2 metr nəticə ilə ikinci yeri tutub.