Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2007-2008-ci il təvəllüdlü idmançılar arasında keçirilən atletika üzrə Bakı şəhər yay birinciliyinə yekun vurulub.
“Neftçi” İdman Klubunun yetirmələri də turnirdə bacarıqlarını nümayiş etdiriblər.
Nizə atma yarışında Nərmin Hüseynli 24,12 metr nəticə göstərərək Bakı çempionu olub. Marqarita Qornostaeva (14,49 metr) ikinci, Alina Maksimova (12,85 metr) isə üçüncü yeri tutub.
Nüvəitələmə yarışında Nərmin Hüseynli 7.71 metr nəticə ilə yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Marqarita Qornostaeva (7,06 metr) isə bürünc medala yiyələnib.
Hündürlüyə tullanma yarışında atletimiz Bülbül Babayev 1,45 metr nəticə göstərərək paytaxt yarışını üçüncü pillədə başa vurub.