Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2009-2010-cu il təvəllüdlü idmançılar arasında keçirilən atletika üzrə Azərbaycan birinciliyi başa çatıb.
”Neftçi” İdman Klubunun atletlərindən Bülbül Babayev hündürlüyə tullanma yarışında 1,50 metr nəticə göstərərək respublika çempionu olub. Alina Maksimova isə nizə atma növündə 13,88 metr nəticə ilə fəxri kürsünün üçüncü pilləsində yer alıb.